Yaponiyanın şimal-şərqində 5.7 bal gücündə zəlzələ qeydə alınıb.
Ajans.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, yeraltı təkanların episentri Sakit okeanda, İvate prefekturasının şərqində yerləşib.
Zəlzələnin ocağı 25 kilometr dərinlikdə olub.
Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.
DOĞRU.AZ


























