image-n1karobka_ads
image-123
image-img-20251217-wa0076backend

Gülər Coşqunsoyun kitablarının təqdimatı keçirildi – FOTO

image-ad_qayo_720x110px

Dekabrın 16-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılmış Bakı Kitab Mərkəzində yazıçı Gülər Coşqunsoyun Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə həsr olunmuş “Milli Xilaskar” və Azərbaycan milli qəhrəmanlarına, şəhid general Polad Həşimova ithaf edilən “Ulu Röya Yolunda” kitablarının təqdimatı və imza günü keçirilib.

Doğru.az xəbər verir ki, tədbir Türk Dünyası Qadınlar Komitəsinin təşkilatçılığı ilə, Komitənin təsisçisi və rəhbəri Dilbər Coşqunsoy və Milli.az saytının redaktoru Xəyal Abdullayevin birgə təşkilatçılığı ilə baş tutub.

Mərasim ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Prezident İlham Əliyevin doğum günü münasibətilə təbriklər səsləndirilib, onun müasir Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsindəki tarixi rolu xüsusi vurğulanıb.

Tədbirin aparıcısı Dilbər Coşqunsoy müəllifin yaradıcılığı və təqdim olunan kitablar haqqında qısa məlumat verib. Daha sonra Gülər Coşqunsoy çıxış edərək əsərlərin yazılma məqsədi, ideya-məzmun yükü və daşıdığı vətənpərvərlik ruhu barədə danışıb.

“ULU RÖYADAN DOĞULAN ZƏFƏR – MİLLİ XİLASKARA ƏBƏDİ İTHAF” adı altında keçirilən tədbirdə Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin media müşaviri Cihangir İşbilir, Azərbaycan–Türkiyə İş Adamları Birliyinin fəxri başqanı Cəmal Yangın, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva, Vətən Müharibəsi Fondunun rəhbəri Şəfa Mövsümov, Bugün TV rəhbəri Elnarə Dərziyeva, Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Şaiq Səfərov, Vətən müharibəsi qazisi, baş leytenant Rafiq Rəhimli, STMEGI Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondunun direktor köməkçisi Fuad Xaymov, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəsmi nümayəndəsi Elçin Cəfərov, sənətşünas Vasif Ayan, palitoloq Ülkər Coşqunsoy, pedaqoq Dilara Cəbraylova, “Aqad Silver” təbii daşlar şirkətinin direktoru Aslan Abbaszadə, xeyriyyəçi Arzu Fərəcova, Savat Federasiyasının mətbuat katibi Fidan Oruc Əliyeva, “Nərgiz Med” Klinikasının rəhbəri Məlahət Qəhrəmanova, siyasi şərhçi İlyas Hüseynov, Bakı Biznes Universiteti müəllimi Reyhan Dadaşova, təşkilatçı Ellada Əmiraslanova, “XAN” milli geyim brendinin sahibi Xalid Əsgərxan, Celt Grup ortaqlarından Fərhad Yurdsevər, yeniera.az saytının rəhbəri Ariz Həsənoğlu, Doğru.az saytının rəhbəri İlqam Cəbiyev, media nümayəndələri və digər qonaqlar iştirak edib.

Çıxış edən qonaqlar müəllifin yaradıcılığını yüksək qiymətləndirərək, əsərlərin gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında mühüm rol oynadığını bildiriblər.

Tədbirin bədii hissəsində Gülər Coşqunsoyun əsərlərindən “Ali Baş Komandanım” və “Leyla” parçaları səsləndirilib, müəllifin şeirlərindən birinə bəstələnmiş mahnı təqdim olunub. Vətən müharibəsi iştirakçısı Tural Süleymanov isə tarda “Xudayar təsnifi”ni ifa edərək iştirakçılara duyğulu anlar yaşadıb.

Sonda müəllif oxucular üçün kitablarını imzalayıb və xatirə şəkilləri çəkdirilib. Tədbir iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

DOĞRU.AZ

image-img-20251217-wa0068 image-img-20251217-wa0069 image-img-20251217-wa0072 image-img-20251217-wa0073 image-img-20251217-wa0074 image-img-20251217-wa0075 image-img-20251217-wa0076 image-img-20251217-wa0077 image-img-20251217-wa0079 image-img-20251217-wa0078 image-img-20251217-wa0080 image-img-20251217-wa0081 image-img-20251217-wa0083 image-img-20251217-wa0084 image-img-20251217-wa0085 image-img-20251217-wa0089 image-img-20251217-wa0088 image-img-20251217-wa0087 image-img-20251217-wa0086 image-img-20251217-wa0071

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki