image-n1karobka_ads
image-123
image-1753980789020backend

Gündəm olmaq üçün qalmaqal kifayətdirmi? İlqam Cəbiyev yazır

image-ad_qayo_720x110px

Bu həftə jurnalist olaraq sosial, ictimai, hətta insani dəyərlərə toxunan bir çox yazı qələmə aldım. Hər biri cəmiyyətə nə isə demək, oxucuya düşünmək imkanı yaratmaq üçün idi. Amma təəssüf ki, sosial şəbəkələrdə və mediada bütün bu yazıların önünə keçən yalnız bir şey oldu – qalmaqal.

Bu həftənin virtual gündəmi Nigar Camalın açıq-saçıq paylaşımı və Fəqanə Qasımova ilə bağlı yayılan şəxsi məsələlər ətrafında cəmləşdi. Yazılar, xəbərlər, təhlillər, hətta səsimizi duyurmağa çalışdığımız ictimai narahatlıqlar – hamısı kölgədə qaldı.

Cəmiyyət niyə bu qədər tez diqqətini itirir? Niyə dəyərli söhbətləri yox, qalmaqallı səhnələri daha çox paylaşırıq? Bir paylaşım bəzən yüzlərlə zəhmətlə yazılmış yazını silib aparır. Bu, təkcə jurnalistin yox, bütöv bir toplumun itkisinə çevrilir.

Çünki gündəm olmaq asandır – bir foto, bir cümlə, bir yanlış addım bəs edir. Amma nümunə olmaq – zəhmət, düşüncə və məsuliyyət tələb edir.

Unutmayaq: gündəmlər dəyişəcək, başlıqlar silinəcək, amma dəyərlər – biz onları yaşatdığımız qədər yaşayacaq. Biz isə o dəyərləri qorumağa borcluyuq.

İlqam Cebiyev

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki