Artıq bir neçə gündür Azərbaycanda 40 dərəcəyə çatan istilər hökm sürür. Belə hava şəraitində küçələrdə, tikinti meydanlarında, bazarlarda və təsərrüfat sahələrində çalışan insanların zəhməti daha da ağırlaşıb.
İstiyə rəğmən işini dayandırmayan minlərlə insan var: biri asfalt döşəyir, biri bostan sulayır, biri isə günün altında sərnişin daşıyır. Onların əllərində sərin su yox, bəzən kölgə də yox. Amma iş dayanmaz, çünki bu zəhmət onların çörək ağacıdır.
Əmək mütəxəssisləri bildirirlər ki, bu kimi havalarda xüsusilə günorta saatlarında açıq havada işləmək sağlamlıq üçün təhlükə yaradır. Lakin çoxları üçün seçim yoxdur – işləməsə, qazancı olmayacaq.
Doğru.az olaraq xəbər veririk ki, belə insanlar cəmiyyətin səssiz qəhrəmanlarıdır. Onların hər bir addımı, hər bir təri həyat uğrunda bir mübarizədir. Onlar olmasa, şəhər işləməz, kənd məhsulsuz qalar, xidmət sektoru çökər.
İctimaiyyətin və dövlət qurumlarının bu insanlara dəstəyi, onların rifahı üçün daha çox addım atması, təhlükəsizlik və istirahət imkanlarının artırılması vacib məsələ olaraq qalır.
İlqam Cəbiyev
DOĞRU.AZ