image-2000x150px
image-123
image-ads_atlas
image-saakasvilibackend

Gürcüstan Saakaşvilinin həbsxanaya nə vaxt qayıdacağı barədə məlumat verib

image-728x90px

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili müvafiq tibbi şərait yaranan kimi cəzaçəkmə müəssisəsinə köçürüləcək, bu barədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze bildirib, Gürcüstanın Birinci Kanalı xəbər verir.

O, jurnalistlərin müvafiq sualını cavablandırarkən qeyd edib ki, bu baxımdan siyasətçi digər məhbuslardan heç də fərqlənmir.

“Biz Vivamed tibb işçiləri ilə daimi əlaqə saxlayırıq. Təbii ki, biz hər gün Saakaşvilinin səhhətinin vəziyyəti ilə tanış oluruq və sizə dediyim kimi, müvafiq şərait yaranan kimi, mən tibbi şəraiti nəzərdə tuturam, təbii ki, o, müvafiq müəssisəyə köçürüləcək”, – Breqadze izah edib.

Mənbə: Sputnik

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki