image-n1karobka_ads
image-123
image-677ab85e02e8bd2c6614522fbackend

Gürcüstanda silahlı quldurlar Rusiyadan olan evli cütlüyə hücum ediblər

Gürcüstanın dağlarındakı Nakra kəndində silahlı quldurlar evli cütlüyə – Rusiyadan gələn turistlərə hücum ediblər.

Bu barədə İnterpressnews agentliyi yazır.

Qeyd olunur ki, respublikanın Daxili İşlər Nazirliyi artıq araşdırmaya başlayıb. Faktla bağlı quldurluq və qanunsuz silah əldə etmə, saxlama və gəzdirmə maddələri ilə iş açılıb. Polis iki kişi şübhəlini axtarır.

Mtavari telekanalı xəbər verir ki, polis qadının yerini müəyyən edib. Onun əri itkin düşmüş hesab olunur.

Bundan əvvəl Gürcüstanın “İmedi” televiziya şirkəti Tbilisidə müxalifətin mitinqlərində təhlükəsizlik qüvvələrinə hücuma görə səkkiz rusiyalının saxlanıldığını elan etmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki