“Hacı Nuranın” Qələbə müjdəli təbriki – VİDEObackend

“Hacı Nuranın” Qələbə müjdəli təbriki – VİDEO

Qayıdışın mübarək doğma Laçın. Qələbə müjdəli sabahın mübarək, Azərbaycan! Zəfərin mübarək, Vətən! Əziz xalqım, təbrik edirəm.

Doğru.az xəbər verir ki, Hacı Nuran Hüseynov öz instqram səyfəsində paylaşım edib:

30 ildə işğal altında olan torpaqları 44  gündə xilas edən Azərbaycan Ordusu, sənin qarşında baş əyirəm mən! Bu gün mənfur erməni seperatçıları qeyri-şərtsiz tərk etdi Laçın torpağını da.

Bundan gözəl ərəfə, bundan özəl tarix ola bilərmi? Bu gün daha, bir şanlı tarix yazıldı Azərbaycanın yaddaş salnaməsinə. Bir vaxtlar gözəlliyi ilə Dağlıq Qarabağda adla tanınan təbiət gözəli Laçın torpağı da artıq bizimdir! Azərbaycan əsgəri dağlar qoynuna  qədəm qoydu.

Düzdür, bu gün Laçın o gözəllikdə, o hüsndə deyil, yandırılıb, talan edilib o gözəl şəhər, olsun, biz onu əvvəlkindən də abad, əvvəlkindən də gözəl edəcəyik. Əsas olan Qələbərdir, ki, biz onu əldə etdik!

Laçının mübarək, VƏTƏN! Ali Baş Komandan, sən ən böyük sərkərdəsən! Vətən torpağını işğaldan azad edən Sərkərdə!!!

https://youtu.be/6hRv_W3pXxQ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki