Hacı Nuran:”Ulu Öndər Heydər Əliyev haqqında fikirlərini bölüşüb.”backend

Hacı Nuran:”Ulu Öndər Heydər Əliyev haqqında fikirlərini bölüşüb.”

Doğru.az xəbər verir ki, Hacı Nuran Hüseynov öz instqram səhifəsində paylaşım edib. Mən bu günü ömrüm boyu unutmaram Həmin gün təkcə mənə deyil, bütün türk dünyasına əziz olan bir insan – Ulu Öndər Heydər Əlirza oğlu Əliyev (10.05.1923 – 12.12.2003) dünyasını dəyişdi.

Sanki mənimçün biranlıq da olsa dünya durdu, zaman dayandı. Mən Azərbaycanı onsuz təsəvvür etmirdim. Amma ürəyimdə qəribə bir rahatlıq vardı – çünki onun varisi İlham Əliyevin bacarıq və diplomatiyasına bələd idim.

İnanırdım ki, İlham Əliyev atasının yolunu layiqincə davam etdirəcək və zaman bunun tam dolğun təsdiqini göstərdi.
Heydər Əliyev Azərbaycanın ədəbiyyat, incəsənət, mədəniyyət, iqtisadi, hərbi sahəsində misilsiz işlərə imza atan bir rəhbər idi.

Heydər Əliyev Azərbaycanı canı, qanı qədər sevən bir şəxsiyyət idi. Ölkənin bütövlüyü, suverenliyi, sabahı naminə əlindən gələni edən rəhbər idi Heydər Əliyev. Onun “Azərbaycan mənim ürəyimdir. Azərbaycan mənim nəfəsimdir. Azərbaycan mənim həyatımdır” kəlmələrini deyib də, kövrəlməyi hamının yadındadır.

Mən indi başa düşürəm ki, o kövrəlməyin bir mənası da vardı. Qarabağ həsrəti . Və bu gün Ulu Öndərin ruhu şaddır. Bu gün Qarabağımız azaddır. Bu gün Ulu Öndərin nəfəs qədər sevdiyi Dağlıq Qarabağ erməni mənfurlarından təmizlənib. Yerin cənnətdir, bizim böyük Öndər.

İlham Əliyev kimi bir oğulun atası olduğu üçün, rahat uyu, böyük şəxsiyyət. Varisin vəsiyyətinə əməl etdi!!! …



A L L A H R Ə H M Ə T E L Ə S İ N


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki