image-n1karobka_ads
image-123
image-lemon-slices-salmon-arrangement-pic_32ratio_900x600-900x600-85302backend

Hansı məhsulun ürək-damar xəstəliklərindən qoruduğu məlum olub

İsveçin Karolinska İnstitutunun alimləri tərəfindən aparılan araşdırmaya görə qızılbalıq, skumbriya, siyənək və sardina kimi yağlı balıqların yeyilməsi ürək-damar xəstəliklərinin inkişaf riskini azaldır. 

Yağlı balıqların tərkibində omeqa-3 yağ turşuları var – eikosapentaenoik turşu (EPA) və dokosaheksaenoik turşusu (DHA). Onlar insan orqanizmində sintez edilə bilməz və qida ilə kifayət qədər miqdarda təmin edilməlidir. Çoxsaylı araşdırmalar göstərdi ki, onların istehlakı ürək və damar xəstəlikləri riskini azaldır.

Tədqiqatçılar yeni elmi işdə infarkt, insult, ürək-damar xəstəliyi və angina kimi xəstəliklərə irsi meyli olan insanlar üçün yağ turşularının faydalarını qiymətləndiriblər. Araşdırmada 40 885 nəfər iştirak edib. Tədqiqatçılar iştirakçıların yaxın qohumlarında ürək və ya damar xəstəlikləri olub-olmadığını öyrənmək üçün onların ailə tarixini araşdırıblar. Daha sonra bütün subyektlərin qanında EPA və DHA səviyyələri ölçüldü və onların yemək vərdişləri haqqında məlumat toplanıb.

Mənbə: haberler.com

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki