image-2000x150px
image-123
image-ads_atlas
image-47-pic_32ratio_900x600-900x600-68447backend

Hansı pəhrizin psixi sağlamlığı yaxşılaşdırdığı məlum olub

image-728x90px

Stanford Tibb Universitetinin alimləri müəyyən ediblər ki, ketogenik pəhriz (pəhrizdə minimum karbohidratlarla qidalanma) şizofreniya və bipolyar pozğunluğu olan insanların psixi sağlamlığını yaxşılaşdıra bilər.

Tədqiqatın nəticələri Psychiatry Research (PsyRes) jurnalında dərc olunub.

Tədqiqatda şizofreniya və ya bipolyar pozğunluq diaqnozu qoyulmuş 21 yetkin könüllü iştirak edib. İştirakçılar həmçinin piylənmə və artıq çəki, insulin müqaviməti, hipertrigliseridemiya (qanda artıq trigliseridlər), dislipidemiya (orqanizmdə lipidlərin normadan yüksək və ya aşağı səviyyəsi) və qlükoza tolerantlığının pozulması (latent diabetes mellitus) kimi müxtəlif metabolik pozğunluqlara malik idilər.

İştirakçılara gündəlik kalorilərin təxminən 10%-nin karbohidratlardan, 30%-nin zülallardan və 60%-nin yağlardan gəldiyi ketogenik pəhrizə riayət etmək tapşırılıb. Tədqiqat qrupu həftəlik iştirakçıların qanında keton səviyyələrini ölçməklə pəhrizə riayət olunmasını izlədi. Ketonlar enerji üçün qlükoza əvəzinə yağların parçalanması zamanı əmələ gələn turşulardır. İştirakçılar eksperiment boyu müxtəlif psixiatrik müayinələrdən də keçiblər.

Mənbə: Gazeta.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki