Rusiya Hava Hücumundan Müdafiə Sistemi (AD) Krımın Cankoy rayonunda təyyarə tipli pilotsuz uçuş aparatını (PUA) vurub.
Bu barədə mənbəyə istinadən Shot Telegram kanalı məlumat yayıb.
Qeyd olunur ki, dron gecə saatlarında Cankoy rayonuna uçub. Kənddən bir neçə kilometr aralıda hava hücumundan müdafiə sistemi tərəfindən məhv edilib.
Dağıntı və tələfat qeydə alınmayıb.

























