image-n1karobka_ads
image-123
image-1765804301110755878_1200x630backend

HDQ-də “Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı” kursunun buraxılışı olub – FOTO

image-ad_qayo_720x110px

Hərbi Dəniz Qüvvələrinin (HDQ) “N” hərbi hissəsində “Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı” kursunun növbəti buraxılış mərasimi keçirilib.

Doğru.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, mərasimdən öncə hərbi hissənin ərazisində yerləşən şəhidlərin memorial kompleksi ziyarət olunub, önünə gül dəstələri düzülərək onların xatirəsinə ehtiram göstərilib.

Buraxılış mərasimində Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən HDQ komandanı kontr-admiral Şahin Məmmədov kursu müvəffəqiyyətlə başa vuran hərbçiləri təbrik edib, Azərbaycan və Türkiyə ordularının peşəkar təlimatçılarının cəlb olunduğu kursların yüksək səviyyədə təşkilinə görə heyətə təşəkkürünü bildirib.

Sonda Azərbaycan və Türkiyədən olan təlimatçılara, eləcə də kursu uğurla bitirən məzunlara fəxri fərmanlar, sertifikatlar, fərqlənmə döş nişanları və qiymətli hədiyyələr təqdim olunub. Kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.

DOĞRU.AZ

image-1765804301593546015_1200x630 image-17658043011515243473_1200x630 image-17658043015586535877_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki