Mayın 17-si və 18-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 36 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Bu barədə Doğru.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, aşkar edilən narkotik vasitələr arasında 4,5 kiloqrama yaxın heroin, 25,6 kiloqrama yaxın marixuana, 4,3 kiloqram tiryək, 1,3 kiloqramdan çox metamfetamin, 570 ədəd psixotrop tərkibli həb və 20 ədəd çətənə kolu olub.
Nazirlik qeyd edib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
DOĞRU.AZ