image-n1karobka_ads
image-123
image-img-20240701-wa0164backend

Həyətində narkotik tərkibli bitkilər yetişdirən Lənkəran sakinləri saxlanılıb

image-ad_qayo_720x110px

Lənkəran Şəhər/Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan rayon sakinləri Cabir Məmmədov, Məhərrəm Cəbiyev və Yusif Məmmədov saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Doğru.az-ın bölgə müxbirinə verilən məlumata görə, C.Məmmədov və Y.Məmmədovun yaşadıqları evin həyətyanı sahələrində, M.Cəbiyevin isə Darquba kəndi ərazisində əkin sahəsində kultivasiya yolu ilə yetişdirdikləri, ümumilikdə, 20 ədəd çətənə kolu aşkarlanaraq götürülüb. Bundan əlavə, C.Məmmədovdan marixuana da aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırmalar aparılır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki