Teleqraf mənbələrə istinadən xəbər verir ki, Hindistan hökuməti müstəmləkə dövründə Böyük Britaniyaya aparılmış minlərlə qiymətli artefaktı geri qaytaracaq uzunmüddətli diplomatik kampaniyaya başlayır.
Hindistanın nazirlik və diplomatik heyəti imperiya dövründə Britaniyaya aparılmış potensial minlərlə artefaktın geri qaytarılmasında iştirak edəcək.
Nəşr bildirir ki, bu, Böyük Britaniyanın indiyədək üzləşdiyi artefaktların geri qaytarılması üçün ən böyük tələb ola bilər. Xüsusilə Hindistan dünyanın ən məşhur Kohinoor almazlarından birini geri qaytarmağı planlaşdırır.
Mənbə: A Haber
Doğru.az

























