image-n1karobka_ads
image-123
image-681f4fd902e8bd04d4075bbabackend

Hindistan və Pakistan arasında atəşkəs artıq qüvvəyə minib

Hindistanın xarici işlər naziri Vikram Misri bildirib ki, Hindistan və Pakistan arasında atəşkəs Hindistan vaxtı ilə saat 17:00-da (Moskva vaxtı ilə 14:30) qüvvəyə minib.

TASS xəbər verir ki, o qeyd edib ki, iki ölkənin hərbçiləri arasında aparılan danışıqlardan sonra “Hindistan standart vaxtı ilə saat 17:00-dan (Moskva vaxtı ilə 14:30) hər iki tərəfin quruda, havada və dənizdə bütün atışma və hərbi əməliyyatları dayandırması barədə razılıq əldə olunub.

Bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio bildirmişdi ki, Hindistan və Pakistan dərhal atəşkəs əldə etmək və neytral ərazidə danışıqlara başlamaq barədə razılığa gəliblər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki