Hindistanın bir kəndində baş verən qeyri-adi hadisə sosial şəbəkələrdə geniş müzakirə olunub.
Doğru.az xəbər verir ki, bir gecə hürən it kənd sakinlərini yuxudan oyadaraq torpaq sürüşməsi təhlükəsi barədə xəbərdarlıq edib və nəticədə 67 nəfərin həyatı xilas olunub.
NDTV-nin yaydığı məlumata görə, itin sahibi səsə oyanaraq evin divarında iri bir çat və oradan axan su gördüyünü deyib. O, dərhal ailəsini və qonşuları oyadaraq təhlükəsiz yerə köçürüb. Qısa müddət sonra həmin ərazidə torpaq sürüşməsi baş verib.
İtin səyi sayəsində 20 ailədən ibarət 67 nəfər sağ-salamat qurtula bilib. Qeyd edək ki, keçən yay Hindistanda baş verən oxşar sürüşmələrdə itkilər qeydə alınmışdı. Bu hadisə isə bir itin zamanında etdiyi xəbərdarlığın nə qədər dəyərli olduğunu göstərir.
DOĞRU.AZ