image-n1karobka_ads
image-123
image-670e943502e8bd08e5454d69backend

Hindistanda Samsung fabrikinin işçiləri tətilə son qoyurlar

image-ad_qayo_720x110px

Hindistanın Tamil Nadu ştatında Samsung zavodunun işçiləri bir aydan çox davam edən tətili dayandırıblar.

Bu barədə Indian Express qəzeti yazır.

Materialda deyilir: “Bir aydan çox davam edən etirazlardan sonra Çennai şəhəri ətrafında yerləşən “Samsung” zavodunun işçilərinin tətili başa çatıb.

Qeyd olunur ki, işçilər və rəhbərlik Tamil Nadu Əmək Departamentinin vasitəçiliyi ilə ilkin razılığa gəliblər. Eyni zamanda tətilçilər təşkil etdikləri həmkarlar ittifaqının rəsmi tanınmasına nail ola bilməyiblər.

Tətil sentyabrın 9-da başlayıb. Orada həmkarlar ittifaqının tanınmasını və iş şəraitinin yaxşılaşdırılmasını tələb edən mindən çox işçi iştirak edib.

Mənbə Express qəzeti

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki