image-n1karobka_ads
image-123
image-6807afd202e8bd1800245fc5-1backend

Hindistanın şimalında atışma nəticəsində azı 27 nəfər ölüb

News18 telekanalı xəbər verir ki, Hindistanın şimalındakı Cammu və Kəşmir birliyində baş verən atışma nəticəsində azı 27 turist ölüb, 20-yə yaxın turist yaralanıb.

“Bir qrup terrorçu… Kəşmirin cənubundakı Pahalqam bölgəsindəki Baisaran vadisində bir qrup turistə hücum edərək 27 nəfəri öldürüb, çoxlu sayda insanı yaralayıb”, – hesabatda deyilir.

Atışmadan sonra hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və tibb xidmətləri gəlib.

Yerli hakimiyyət hadisəni terror aktı kimi qiymətləndirib.

Bundan əvvəl ABŞ-ın Norfolk Universitetinin kampusunda atışma baş verib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki