Fars Xəbər Agentliyinin yaydığı məlumata görə, İran Hörmüz boğazında “keçid qadağandır” rejimi elan edib.
Doğru.az xəbər verir ki, məlumatda bildirilir ki, qərardan sonra neft, ticarət və balıqçı gəmilərinin Hörmüz boğazından hərəkəti qeyri-mümkün hala gəlib. Xəbərdarlıqlara məhəl qoymayan bəzi neft tankerlərinin isə “vurularaq yandırıldığı” iddia olunur.
Bəyanatda qeyd edilir ki, Hörmüz boğazı hazırda İranın dəniz qüvvələrinin tam nəzarəti altındadır.
Bundan əvvəl Bloomberg dünyanın ən böyük neft və neft məhsullarının saxlanması və daşınması mərkəzlərindən biri olan Füceyrə limanının İran tərəfindən hücuma məruz qaldığını yazmışdı.
DOĞRU.AZ


























