image-2000x150px
image-123
image-ads_atlas
image-1631704667_jubackend

Hulusi Akar:“İstəyimiz Ermənistanın atəşkəsə əməl etməsidir”

image-728x90px

Türkiyə milli müdafiə naziri Hulusi Akar bildirib ki, Azərbaycana qarşı təhdidləri Türkiyə özünə qarşı edilmiş kimi qəbul edir.

Bu barədə o “TurAz Şahini – 2021” birgə taktiki-uçuş təlimlərində çıxışı zamanı bildirib.

O qeyd edib ki, buna görə də lazımlı tədbirlərin əməkdaşlıqla həyata keçirilməli olduğunun fərqindəyik:

“Məqsədimiz bölgədə daimi sabitliyin, təhlükəsizliyin bərqərar olmasıdır”.

Akar bildirib ki, minaların təmizlənməsi istiqamətində də Türkiyənin Azərbaycana dəstəyi davam edəcək.

“Bizim istəyimiz Ermənistanın atəşkəsə əməl etməsi, hansısa bir yanlışlıq etməməsi, atəşkəsin qalıcı olması, stabilliyin təmin edilməsidir”, – deyə türkiyəli nazir vurğulayıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki