image-2000x150px
image-123
image-ads_atlas
image-1631548005_mbackend

Hürrü Əliyev: Bəyaz Hərəkatı olaraq iqtidar müxalifət münasibətlərin daha çox Türkiyə formatının tərəfdarıyıq

image-728x90px

Son zamanlar ölkədə ixdidar muxalifet diyaloqu 44  günlük ikinci vətən müharibəsi zamanı Azərbaycan ordusunun qalibiyyəti, tarixi qələbəsi demək olar ki, müzakirələr mövzusudur. Siyasi və ictmai təşkilatlar, partiya sədirləri bu məsələ ətrafında gərgin müzakirələri demək olar ki, günün gündəm mövzusudu. 

Azerbaycanrealligi.com məsələ ilə bağlı Bəyaz hərəkatının başqanı eks-pirezdent Əbülfəz Elçibəyin qardaşı oğlu Hürrü Əliyevin münasibətini öyrənib sözü gedən mövzu ilə bağlı açqılamanı təqdim edirik.

Hürrü bəy sizcə bu gün ölkədə milli birlik varmı?  

Biildiyiniz kimi fəaliyyətimizin son 4 ili  ölkədə barış və milli birliyə nail olmaq üçün  davamlı cağırışlar  etmişik. Butun siyasi partiya və təskilatlara həm şifahi həm də rəsmi müraciətlərimiz olmuşdur. Son bir ildə, xüsusilə də 2 ci Qarabağ savaşı öncəsi və 44 günlük müharibə dövrundə millətin möhtəşəm həmrəyliyinin şahidi olduq. Eləcə də hakimiyyət və müxalifət birliyinin. Məhz bu birlik ordumuza yüksək ruh və iradə verdi, müharibədən qalib xalq olaraq çıxdıq. Bəzi nöqasnlar bu birliyə mənfi təsirlər göstərsədə millətin mövcud birliyinin qorunmasına və dahda güclənməsinə çalışmalıyıq.

Hürrü bəy iqtidar müxalifət dialoquna necə baxırsız və hansı əsaslarla müsbət nəticə verə bilər?

Son bir ildə  iqtidar müxalifət münasibətlərinin tənzimlənməsi yolunda böyük addımlar atılmasının şahidiyik və bunu yüksək qiymətləndiririk. Arzu edirik ki, ölkədə barış və birlik üzərində aparılan uzlaşmalarda partiayalar arası heç bir fərq qoyulmasın. Ölkədə fəliyyət göstərən bütün siyasi partiya, təşkilatlarla birgə dialoqlar və müzakirələrdə həmrəylik nümayiş etdirilsin. Hal hazırda həm xalq, həm də dövlət olaraq  ağır bir keçid dövrü yaşayırıq. Biz Bəyaz hərəkat olaraq, ölkədə iqtidar müxalifət münasibətlərinin daha çox Türkiyə formatının tərəfdarıyıq. Türkiyədə siyasi tərəflər arasında ziddiyyətlər və kəskin münasibətlər olmasına baxmayaraq, Millət,  Vətən və Dövlət hər hansı bir təhlükə ilə qarşi qarşıya qaldıqda  bütün siyasi partiyalar bir yumuruq  olur.

Siyasi mövqeindən asılı olmayaraq bütün tərəflər bir masa ətrafında birləşib ümumi qərarlar qəbul edirlər. Türkiyəni daxildə bir millət olaraq parçalanmasına yol verməyən və dünya qarşısında hər zaman güclü edən məhz bu amilldir. Uzun illərdir bizi daxildə parçalamağa çalışan irticaçı qüvvələrə öz misiylarını yerinə yetirməyə imkan verməməliyik. İtidarlı müxalifətli bütün gücümüzlə ölkədə barışı və uzlaşmanı təmin edib vahid bir milli birliyə nail olmalıyıq. Əminik ki, dövlətimiz tərəfindən bu istiqamətdə daha ciddi addımlar atılacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki