İlham Əliyev 38 il əvvəl Şuşadabackend

İlham Əliyev 38 il əvvəl Şuşada

Şanlı Azərbaycan Ordusu 27 ildir düşmən tapdağı altında qalmış doğma torpaqlarımızda uğurlu hərbi əməliyyatlar nəticəsində düşmənə ağır zərbələr vurmaqda davam edir. Qələbə əhval-ruhiyyəsinə köklənən Azərbaycan xalqı müzəffər Ordumuzun bu gün-sabah Laçın, ardınca Şuşadan xəbər verəcəyini səbirsizliklə gözləyir.

Doğru.az Axşam.az-a istinadən xəbər verir ki, modern.az saytı bu məqamda 1982-ci il iyulun 29-da Prezident İlham Əliyevin Şuşada çəkilən fotosunu yayımlayıb.

Həmin dövrdə Azərbaycan KP MK-nın 1-ci katibi olan Heydər Əliyev bir qrup mədəniyyət və incəsənət xadimi ilə Şuşada keçirilən Vaqif poeziya günlərində iştirak edib. Bu şəkil də tədbir ərəfəsində Şuşa şəhərinin gəzintisi zamanı lentə alınıb.

Həmin tarixi anlarda hazırkı dövlət başçımız, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev də Vaqif poeziya günlərinin iştirakçısı kimi gəncliyinin ən mənalı günlərini yaşayaraq, Azərbaycanın dilbər guşəsi olan Şuşanı seyr edənlər arasında olub.

Qeyd edək ki, həmin dövrdə İlham Əliyevin 21 yaşı var idi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki