image-n1karobka_ads
image-123
image-kifdlp1seyqfce8wokceqkqfldlsxcrdiedzk0ph_1200backend

İçərişəhərdə Zeytun Festivalı başladı – milli brendə dəstək

image-ad_qayo_720x110px

Oktyabrın 31-dən noyabrın 2-dək İçərişəhərdə Zeytun Festivalı keçirilir. Tədbir “Absheron Olive Garden”, “Zire Olives” və “Olivea” şirkətlərinin sponsorluğu ilə baş tutub.

Doğru.az xəbər verir ki, festivalın məqsədi Azərbaycanın qədim zeytunçuluq ənənələrinin təbliği, yerli istehsalçıların dəstəklənməsi və bu sahədə milli brendin formalaşmasına töhfə verməkdir.

Tədbirə qatılan Prezidentin köməkçisi Anar Ələkbərov və kənd təsərrüfatı naziri Məcnun Məmmədov festival pavilyonlarını ziyarət edərək yerli istehsalçıların məhsulları ilə tanış olublar. Onlara zeytunçuluğun inkişafı, yeni texnologiyalar və məhsul çeşidləri barədə məlumat verilib.

Qeyd olunub ki, son illər ölkəmizdə zeytun bağlarının sahəsi genişlənib, emal müəssisələri müasirləşib və bu kimi festivallar yerli istehsalçı ilə istehlakçını bir araya gətirərək bazarın inkişafına mühüm töhfə verir.

Festival çərçivəsində retro avtomobillərin nümayişi, tematik sərgilər və zeytunla bağlı ustad dərsləri təşkil olunub. İçərişəhərin 17-dən çox restoranı zeytun və zeytun yağı əsasında xüsusi menyular təqdim edir.

Tarixi İçərişəhərin ruhu ilə birləşən bu tədbir açıq hava şəraitində zövqlü bayram atmosferi yaradaraq, ziyarətçilərə həm milli təamların, həm də yerli brendlərin dadına baxmaq imkanı verib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki