image-2000x150px
image-123
image-ads_atlas
image-dsc_0620backend

İcra başçısı ilaxır çərşənbəni Şəhid, qazi övladları ilə birgə qeyd edib – Fotolar

image-728x90px

Naftalan Şəhər İcra Hakimiyyətinin və CHINAR Hotel & SPA Naftalanın birgə təşkilatçığı ilə şəhid və qazi ailələri ilə “ilaxır çərşənbə” bayramı münasibətilə tədbir təşkil olunub.

Tədbirdə şəhid və qazi ailələri, ŞİH-nin başçısı Vüqar Novruzov, əməkdar artist Bəhram Bağırzadə, YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov, şəhər Ağsaqqallar Şurasının sədri Möhübbət Bədəlov, şəhərin hüquq mühafizə orqanlarının rəhbərləri, digər məsul əməkdaşlar iştirak edib.

Tədbirdə çıxış edən icra başçısı qeyd edib ki, xalqımızın  zəngin milli dəyərlərini, adət-ənənələrini özündə yaşadan Novruz bayramı milli varlığın rəmzinə çevrilib. Şanlı zəfərlə başa çatan Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsinə yeni-yeni səhifələr yazıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Rəşadətli Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsində əzəli Qarabağ torpaqlarımızı  mənfur düşməndən azad edib, tarixi ədaləti bərpa edib. Ərazi bütövlüyümüz uğrunda başlanan savaşda Naftalanın qəhrəman oğulları da rəşadətlə vuruşub, Şəhidlik zirvəsinə ucalıblar. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim uca tutulur.

Tədbir iştirakçıları Novruz adət ənənələrini özündə əks etdirən, həmçinin vətənpərvərlik mövzusunda çəkilmiş rəsm əsərlərindən ibarət sərgiyə baxış keçiriblər.

Uşaqlara CHINAR Hotel & SPA Naftalan və şəhər rəhbərliyi tərəfindən qiymətli hədiyyələr təqdim olunub.

Həmçinin, respublikanın əməkdar artisti “Əsrin çempionu” Bəhram Bağırzadənin kitablarını müəllif tərəfindən oxucularına imzalayaraq paylaması uşaqlar üçün unudulmaz xatirəyə çevrilib.

Alovlandırılan möhtəşəm Novruz tonqalının hərarəti, Keçəl və Kosanın şən zarafatları tonqal ətrafına yığışan uşaqlar tərəfindən böyük coşğu ilə qarşılanıb.

Şəhid ailələri və qazilər ölkədə yaradılan əmin-amanlığa, firavan və xoş günlərə görə möhtərəm Prezidentimiz cənab  İlham Əliyevə minnnətdarlıqlarını ifadə edərək respublikanın inkişafı, xalqımızın xoşbəxt gələcəyi naminə gördüyü böyük işlərdə dövlətimizin başçısına və Birinci vitse – prezident hörmətli Mehriban xanım Əliyevaya  uğurlar arzulayıblar.

Sonda iştirakçılarda birgə xatirə şəkli çəkilib.

image-img_3259

image-dsc_0620

image-dsc_0487

image-dsc_0054

image-dsc_0068

image-dsc_0450

image-dsc_0177

image-anons-dsc_0165

image-dsc_0241

image-dsc_0119

image-dsc_0443

image-dsc_0374

image-dsc_0409

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki