İdman dünyası tanınmış rusiyalı şərhçi Aleksandr Qrişinin itkisi ilə sarsılıb.
Doğru.az xəbər verir ki, 47 yaşlı şərhçi güclü yağış zamanı dəmir yolu platformasında baş verən qəza nəticəsində həyatını itirib. Bu barədə TASS agentliyi onun həyat yoldaşı Anastasiya Qrişinaya istinadla məlumat yayıb.
Aleksandr Qrişin 2018-ci ildən Birinci Kanalda çalışırdı və fiqurlu konkisürmə üzrə əsas turnirlərin aparıcı şərhçisi kimi tanınırdı. O, həmçinin beş Olimpiya Oyununda, Dünya Kuboku və Futbol üzrə Avropa Çempionatında iştirak etmişdi.
Qeyd edək ki, bundan öncə də bildirilmişdi – bir həftə ərzində ikinci idmançı Nijni Novqorodda keçirilən yarış zamanı dünyasını dəyişib.
DOĞRU.AZ