image-2000x150px
image-123
image-ads_atlas
image-1647184799265006566_750x500backend

İƏT ölkələri jurnalistlərinin assosiasiya üzvləri Ağdamda erməni vəhşiliyinin şahidi olublar

image-728x90px

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin jurnalistlərinin assosiasiyasının üzvləri Füzuli və Şuşadan sonra Ağdam şəhərinə səfər ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Səudiyyə Ərəbistanı, Bəhreyn, Misir, İraq, Mavritaniya, Mərakeşdən olan jurnalistlər, eləcə də İƏT-ə üzv dövlətlərin jurnalistlərinin assosiasiyasının nümayəndələri səfər zamanı Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşiliklərlə, eləcə də şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri ilə tanış olublar. Qonaqlar İmarət kompleksində, Dram teatrının və Çörək muzeyinin qalıqları olan ərazilərdə, Cümə məscidində olub, erməni vandalizmini gözləri ilə görüblər.

İƏT-in üzv dövlətləri Jurnalistlər Assosiasiyasının sədri Fazil Abbasov jurnalistlərə müsahibəsində bildirib ki, 6 ərəb ölkəsindən, eləcə də Pakistan və Hindistandan olan jurnalistlər əvvəlcə Füzuli və Şuşada olublar. “Xarici jurnalistlərin təəssüratları olduqca böyükdür. Onlar, xüsusilə Zəfər yoluna heyran olublar. Azərbaycan xalqının, Müzəffər Ali Baş Komandanın, Azərbaycan Ordusunun rəşadətinə İslam dünyasında böyük qiymət verildiyini bildirdilər. Ona görə ki, son 150 ildə İslam dünyasında həmişə torpaqlar itirilib, amma qaytarılmayıb. Yeganə Azərbaycan dövlətidir ki, itirilmiş torpaqları geri qaytarıb”.

İraqın “Dostluq” qəzetinin redaktoru, Azərbaycan- İraq dostluq cəmiyyətinin sədri Mutəzz Muhy Əbdülhəmid işğaldan azad edilmiş ərazilərdə gördüklərindən təsirləndiyini deyib: “Bura gəlməyimdən çox məmnunam. Biz işğaldan azad olunan əraziləri gəzdik, çox təsirləndik. Azərbaycanın qəbiristanlıqlarının, müqəddəs yerlərin dağılması bizə çox böyük təsir elədi. Biz “dəmir yumruğa” heyran olduq. Biz həmişə Prezident İlham Əliyevi izləyirdik.

Dəmir yumruq bunların başlarında çatladı. Fəxr edirik ki, Azərbaycan torpaqlarını qaytardı, düşmənə qalib gəldi. Bu İslam dünyası, bizim hamımız üçün bir nümunədir”.

Misirin “Əl-Diploması” saytının rəhbəri Ashraf Abdulmonim Ahmed Aboarafe isə deyib: “Çox təəssüf ki, qərb ermənilərin törətdikləri vəhşiliklərə göz yumdu. Amma BMT-nin 4 qətnaməsini Azərbaycan özü yerinə yetirdi. Biz səfər zamanı gəzdik, erməni vəhşiliklərini gördük. Müqəddəs yerlərdə biabırcasına heyvanlar saxlanılıb, dağıdılıb. Buradan ermənilərə səslənirəm ki, bəsdirin. Bütün İslam dünyası Azərbaycanın yanındadır. Həmişə səsimizi Azərbaycanın səsinə qatacağıq. Bütün bu hadisələrin hamısını yaymışıq, yenə də yayacağıq”.

image-16471847996158236680_750x500 image-16471847993652256256_750x500 image-1647184799404010822_750x500 image-1647184799598759264_750x500 image-16471847992265113083_750x500 image-16471847992238956332_750x500 image-1647184799713427504_750x500 image-1647184799153363474_750x500

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki