image-2000x150px
image-123
image-ads_atlas
image-48749backend

İlham Əliyev Almaniya Prezidentinə başsağlığı verib

image-728x90px

Prezident İlham Əliyev Almaniya Federativ Respublikasını Prezidenti Frank-Valter Ştaynmayerə başsağlığı məktubu ünvanlayıb.

Bu barədə AZƏRTAC məlumat verib.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Almaniyanın qərbində baş vermiş güclü daşqın nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Almaniya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki