image-2000x150px
image-123
image-ads_atlas
image-1603454485-1603460055backend

İlham Əliyev İsrailin yeni seçilmiş prezidentini təbrik etdi

image-728x90px

Azərbaycan Respublikasının Prezidenti İsrail dövlətinin yeni seçilmiş Prezidenti İsxak Hersoqa təbrik məktubu göndərib. 

AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

“İsrail Dövlətinin 11-ci Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Xalqlarımız arasındakı dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan Azərbaycan-İsrail münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. İnanıram ki, ikitərəfli əlaqələrimizin bütün sahələrdə genişləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Sizə ən xoş arzularımı yetirir, dost İsrail xalqının rifahı naminə qarşıdakı ali fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki