image-2000x150px
image-123
image-ads_atlas
image-25429_l8srho8ogrbackend

İlham Əliyev Nazarbayevə zəng etdi

image-728x90px

Dekabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın Birinci Prezidenti Elbası Nursultan Nazarbayevə zəng edib.

Doğru.az xəbər verir ki, dövlət başçısı 30 il bundan əvvəl Qazaxıstanın ilk Prezidenti seçilən Nursultan Nazarbayevi Qazaxıstan Respublikasının Birinci Prezidenti Günü münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev Nursultan Nazarbayevin müasir Qazaxıstan dövlətçiliyinin əsasını qoyduğunu vurğulayaraq qeyd edib ki, məhz onun müdrik siyasəti və yorulmaz fəaliyyəti nəticəsində ölkə müstəqillik qazandığı ilk günlərdən tarixi sınaqlardan çıxaraq bütün sahələrdə sürətli inkişaf yolu keçib, beynəlxalq aləmdə layiqli yerini tutub. Dövlət başçısı Nursultan Nazarbayevlə xalqımızın ümummilli lideri Heydər Əliyev arasında dostluq əlaqələrinin ikitərəfli münasibətlərimizin möhkəm təməlini qoyduğunu vurğulayıb.

Təbrikə və xoş sözlərə görə dövlətimizin başçısına minnətdarlığını bildirən Nursultan Nazarbayev ümummilli lider Heydər Əliyevlə dostluğunu ehtiramla yad edərək qeyd edib ki, Ulu Öndərin müdrik və uzaqgörən siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu siyasət Azərbaycana bütün sahələrdə böyük nailiyyətlər qazandırıb. Nursultan Nazarbayev Vətən müharibəsində Azərbaycanın Qələbəsinin önəmini qeyd edib.

Prezident İlham Əliyev və Nursultan Nazarbayev ölkələrimiz, xalqlarımız arasında dostluq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminlik ifadə ediblər.

Telefon söhbəti zamanı Nursultan Nazarbayev helikopter qəzası nəticəsində hərbi qulluqçularımızın həlak olması ilə əlaqədar Prezident İlham Əliyevə başsağlığı verib.

Azərbaycan Prezidenti başsağlığına görə minnətdarlığını bildirib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki