image-n1karobka_ads
image-123
image-59e9a5ad-7e8a-3d31-9373-38eb56b483ee_850backend

İlham Əliyev Pakistan Prezidentinə başsağlığı verib

image-ad_qayo_720x110px

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Arif Alviyə başsağlığı verib.

Mətndə deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizdə baş vermiş şiddətli yağışlar və daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.

Allah rəhmət eləsin!”.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki