image-2000x150px
image-123
image-ads_atlas
image-mycollages_-_2021-07-18t150720-558backend

İlham Əliyev və Şarl Mişel birgə işçi nahar ediblər – FOTO/VİDEO

image-728x90px

Bu gün Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel birgə işçi nahar ediblər.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Avropa İttifaqı Şurasının Prezidentini qarşılayıb.

Sonra Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel birgə foto çəkdiriblər.

Görüşdə Azərbaycan-Avropa İttifaqı siyasi əlaqələrindən məmnunluq ifadə olunub, ticarət əlaqələri, enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizi və nəqliyyat sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib. Cənubi Qafqazda əməkdaşlığın perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

Dövlət başçısı Şarl Mişelə azad edilmiş torpaqlarda gedən işlərlə bağlı məlumat verib, postkonflikt vəziyyət barədə danışılıb.

Görüşdə, eyni zamanda, Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Qoşulmama Hərəkatı ilə Avropa İttifaqı arasında əlaqələrin perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Sonra nümayəndə heyətlərinin iştirakı ilə keçirilən geniştərkibli görüşdə bu mövzularla bağlı müzakirələr davam etdirilib.

DOĞRU.AZ 

 



image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki