image-2000x150px
image-123
image-ads_atlas
image-skynews-musk-elon-twitter_5949427backend

 İlon Mask uşaq zorakılığına qarşı mübarizə aparan şuranı ləğv edib səs-küyə səbəb oldu

image-728x90px

“Twitter” şirkəti Etimad və Təhlükəsizlik Şurasını ləğv edib.

Bu barədə CNN şura üzvlərinə göndərilən elektron məktublara istinadla xəbər verib.

Məlumata görə, şura sosial şəbəkələrdə təhlükəsizlik məsələləri, uşaqlara qarşı zorakılıq və ya istismar çağırışlarına qarşı mübarizə ilə bağlı məsləhətləşmələrlə məşğul olub.

O da qeyd olunur ki, bu qərar şirkətin yeni rəhbəri İlon Maskın şirkətdə istifadə edilən köhnə təcrübələri ləğv etməsi fonunda verilib.

Nəşr onu da bildirir ki, Etimad və Təhlükəsizlik Şurasının üç üzvü ötən həftə istefa verib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki