image-n1karobka_ads
image-123
image-282323_lt4y910oshbackend

İlqam Cəbiyev: Ələt-Astara yolu təhlükəlidir – Dövlət dərhal tədbir görməlidir!

Bu günlərdə yenə Ələt-Astara magistralında ağır yol qəzası baş verib. Lerikə toy məclisinə gedən ailə Lənkəran rayonu ərazisində sükan arxasında yuxuya getmiş sürücünün səbəb olduğu qəzanın qurbanına çevrilib. Nəticədə eyni ailənin 5 üzvü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bu il bu yolda baş verən sayca beşinci belə ağır hadisədir.

image-17503372403593936946_1200x630

Təsadüfmü? Mən deyərdim yox!

Mən – İlqam Cəbiyev – bu yolun ağrısını öz üzərimdə yaşamış adamam. Düz 8 ay əvvəl məhz bu Ələt-Astara magistralında Hudai Santafe markalı avtomobilimlə ailə üzvümlə birgə dəhşətli qəza keçirdim. Həmin hadisə mənim üçün sadəcə bir yol-nəqliyyat qəzası deyildi – o gündən bəri hər gün stress, narahatlıq, qorxu ilə yaşayıram, hələ də o sarsıntını tam unuda bilməmişəm.

image-img-20240909-wa0045O qəza mənim həyatımı dəyişdi. Amma görünən odur ki, bu yol dəyişmir! Dövlət qurumları da dəyişmir! İllərdir deyirlər “sürücü yuxuya getdi”, “sürücü məsuliyyətsizlik etdi” və məsələ bağlanır. Axı bu bədbəxt hadisələrin səbəbi təkcə sürücülər deyil!

Ələt-Astara magistral yolu uzun, təknotalı, istiyə tab gətirməyən bir yoldur. Uzun məsafədə sürücü yorulur, yolların ətrafında nə bir istirahət zolağı, nə soyuducu kölgəlik, nə də kondisioner üçün dayanacaq var. Magistral yol nə insanı düşünür, nə sürücünü. Elə bil ki, bu yol ölüm mələyinin sükutla gözlədiyi bir yoldur. Mən öz canımla, sağlamlığımla bunu gördüm. İndi də bir ailənin başına oxşar faciə gəlib.

Bu, artıq 5-ci belə xəbərdir ki, Doğru.az xəbər portalında işıqlandırıram. Amma dəyişən bir şey yoxdur. Hər dəfə yazırıq, danışırıq, xəbərdarlıq edirik – lakin bu yol yenə də təhlükə saçır. Dövlət qurumları problemin kökünə baxmır. Heç kim yolun psixoloji və fiziki ağırlığını sürücünün üzərindən götürmək üçün real tədbir görmür.

Bəs nə vaxta qədər?

Gözləyəcəyik ki, növbəti xəbər faciəvi ölüm xəbəri ilə başlasın? Axı həyat bu qədər ucuz olmamalıdır! Axı hər dəfə bu yolda ailələr dağılır, körpələr yetim qalır, valideynlər övlad itirir!

Ələt-Astara magistralı tam yenilənməli, istirahət dayanacaqları yaradılmalı, sürücü üçün şərait qurulmalı, marşrut planı dəyişdirilməli, maarifləndirici nişanlar, təhlükəsizlik kamerası və digər müasir avadanlıqlar quraşdırılmalıdır. Hətta bəlkə də bu yolun bəzi hissələrində sürət limiti və ya icbari dayanma məntəqələri tətbiq edilməlidir. Çünki bu vəziyyətlə barışmaq ölümə razı olmaq deməkdir.

Bu yolda hələ neçə ailə parçalanmalı, neçə insan ölməli, neçə körpə atasız-anasız qalmalıdır ki, kimsə bu faciəyə “dayan!” desin?

image-1750337240281167823_1200x630Bu gün Lənkəranda baş verən qəza yenə sübut etdi ki, Ələt-Astara magistralı Azərbaycanda ən təhlükəli yollardan biridir. Və bu yolun faciələri bitməyəcək – dövlət ciddi tədbirlər görməyincə!

İlqam Cəbiyev

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki