image-n1karobka_ads
image-123
image-1753216915318backend

İlqam Cəbiyev: Medianın 150 illik tarixində mənim 12 illik yolum

image-ad_qayo_720x110px

İyulun 22-si mənim üçün sadəcə bir tədbir günü deyildi. O gün Azərbaycan milli mətbuatının 150 illik yubileyini yaşadıq – həm də böyük qürurla, şərəflə, fərəhlə.

Mən İlqam Cəbiyev olaraq bu sahədə 12 ilə yaxın fəaliyyət göstərmişəm. Onun 7 ili foto-müxbirlik, 5 ili isə bir media rəhbəri kimi keçib. Amma dünən yaşadığım hisslər tamam fərqli idi. Rəsmi mərasimdə Hikmət Hacıyev səhnəyə çıxaraq Prezident İlham Əliyevin media nümayəndələrinə ünvanladığı müraciəti oxudu. Sözün düzünü deyim: o an özümü təkcə bir jurnalist yox, bu millətin sözünü daşıyan əsgəri kimi hiss etdim.

Yubiley münasibətilə bir qrup media nümayəndəsinə Prezidentin Sərəncamı ilə təsis olunmuş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı təqdim olundu. Bu, təkcə bir mükafat deyildi. Bu, əslində, dövlətin mediaya etimadı, jurnalistin çəkdiyi zəhmətə verilən qiymət idi.

Tədbir boyu ekranlarda nümayiş olunan videoçarxlar, verilən salamlar, dinlədiyimiz hər mesaj bizə təkcə peşəmizi yox, Vətənə xidmət borcumuzu da xatırlatdı. Prezident İlham Əliyevin adı və liderliyi bu ölkənin hər bir sahəsində olduğu kimi, medianın da dayağıdır. Onun “dəmir yumruğu” təkcə torpaqlarımızı yox, sözümüzü, həqiqətimizi də azad etdi.

Mən bu günü uzun illər yadda saxlayacağam. Çünki bu gün bizə bir daha sübut olundu: doğru söz, vicdanlı qələm, dövlətə sadiq mövqe həmişə yüksəkdədir. Prezidentin adı, onun salamı bizə bir dastan kimi çatdı. Mən bu adı həm jurnalist, həm də vətəndaş olaraq qürurla daşıyıram.

İlqam CƏBİYEV

Yeni Azərbaycan Partiyası Lerik Rayon Təşkilatının üzvü

“Doğru.az” İnformasiya portalının rəhbəri

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki