Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının yaddaşında və qəlbində əbədiyaşar lider kimi yaşayır. Onun dövlətçilik irsi, xalqına bağlılığı və müdrikliyi bu gün də hər bir azərbaycanlının qürur mənbəyidir.
İlqam Cəbiyev öz xatirələrində Ulu Öndərə olan sevgisini belə xatırlayır:
“Uşaqlıqda işlədiyim 10 günün qazancı ilə Heydər Əliyevin şəklini alıb evimizdə asdım. Çünki sevgim, hörmətim, bağlılığım böyük idi. Mənim üçün o, sadəcə bir rəhbər deyildi, xalqımızın ümid işığı idi.”
Heydər Əliyevin “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” kəlamı illər öncə olduğu kimi bu gün də hər kəsin həyat yoluna işıq tutur. O, Azərbaycanı ən ağır günlərində xilas etdi, millətinə güvən verdi, dövlətçiliyin möhkəm təməllərini qurdu.
Ulu Öndərin adı bu gün tariximizin qızıl səhifələrindədir və gələcək nəsillər üçün böyük örnək olaraq yaşayacaq. Onun sevgisi, irsi və ideyaları hər zaman Azərbaycan xalqını birliyə, gücə və qürura aparacaq.
İlqam CƏBİYEV
Yeni Azərbaycan Partiyası Lerik Rayon Təşkilatının üzvü
“Doğru.az” İnformasiya portalının rəhbəri