image-2000x150px
image-backend

İmran Xan Pakistan telekanalını Britaniyada məhkəməyə verəcək – FOTO

image-728x90px

Ədalət Naminə Hərəkat partiyasının hüquqi qanadı partiyanın lideri İmran Xanın göstərişi ilə Böyük Britaniyada Pakistanın “Geo News” telekanalına qarşı məhkəmə iddiası hazırlamağa başlayıb.

Bildirilir ki, İmran Xan “Geo News”un keçmiş baş nazirə hədiyyə olunan bahalı saatların satışı ilə bağlı verdiyi məlumata etiraz etmək niyyətindədir.

“Bu gün Londondakı Geo News TV-yə rəsmi şikayət məktubu göndərilib və onların cavab vermək üçün 14 günü var”, – İmran Xan “Twitter” hesabında yazıb.

Xatırladaq ki, İmran Xan bir müddət əvvəl BƏƏ vəliəhdi Məhəmməd bin Salmanın ona hədiyyə etdiyi bahalı saatların satılması ilə bağlı saxta ittihamlara görə “Geo News”u təkcə Pakistanda deyil, Böyük Britaniyada, eləcə də BƏƏ-də məhkəməyə verməyi planlaşdırdığını bildirmişdi. .

Qeyd edək ki, bu ittiham MSK-nın İmran Xanın beş il müddətinə Pakistanda istənilən seçkili vəzifədən uzaqlaşdırılması ilə bağlı qərarının əsasını təşkil edib. Hazırda siyasətçinin vəkilləri İslamabad məhkəməsinə bu qərarın qanunsuzluğu ilə bağlı apellyasiya şikayəti veriblər.

 

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UĞURLU GƏLƏCƏK NAMİNƏ