image-2000x150px
image-123
image-ads_atlas
image-346107118_282940077401844_4460636343874303014_nbackend

İmran Xanın həbsi təxirə salındı

image-728x90px

İslamabadın Terrorla Mübarizə Məhkəməsi Pakistanın keçmiş baş naziri və müxalif “Ədalət uğrunda hərəkat” partiyasının lideri İmran Xanın həbs edilməsini iyunun 8-dək təxirə salıb.

Məhkəmə qərarı Xanın iştirakı ilə elan edilib. O, məhkəməyə gəlib və həbsdən azad olunmaq üçün girov ödəyib.

Qeyd edək ki, siyasətçi korrupsiya və çirkli pulların yuyulması ittihamı ilə mayın 9-da məhkəmə binasında həbs olunarkən təhlükəsizlik qüvvələrinin üzvlərinə qarşı zorakılıqda ittiham olunur. Xanın saxlanması Pakistanın İslamabad, Kəraçi, Lahor, Pişəvər, Kvetta, Haripur, Faisalabad, Ravalpindi də daxil olmaqla böyük şəhərlərində kütləvi etirazlara səbəb olub. Mayın 12-də Pakistanın Ali Məhkəməsi həbsi qeyri-qanuni elan edib və keçmiş baş nazirin həbsdən azad edilməsinə qərar verib.

İmran Xan 2018-2022-ci illərdə Pakistan hökumətinə rəhbərlik edib. O, 10 aprel 2022-ci ildə etimadsızlıq səsverməsi ilə vəzifəsindən kənarlaşdırılıb. Keçmiş baş nazirə qarşı onlarla qanunsuz fəaliyyət ittihamı irəli sürülüb. İmran Xan bütün ittihamları siyasi motivli və saxta adlandırıb.

Mənbə: TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki