image-n1karobka_ads
image-123
image-42784_9e483wqdjibackend

İmtahandan yüksək bal yığan müəllim əməliyyatdan sonra öldü – FOTO

Lənkəran rayonunda müəllim vəfat edib.

Doğru.az xəbər verir ki, bu barədə rayonun Aşağı Nüvədi qəsəbə tam orta məktəbi feysbuk hesabında məlumat yayıb.

Bildirilib ki, məktəbin fransız dili müəllimi Nəsirova Sədaqət Nəsir qızı keçirdiyi əməliyyatdan sonra vəfat edib.

Qeyd edək ki, məktəb Sədaqət Nəsirovanın 20 gün öncə müəllimlərin sertifikasiya imtahanında iştirak edərək mümkün 60 baldan 54 bal topladığı məlumatını yaymışdı.

DOĞRU.AZ

image-42783_26nrdmxx2n

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki