Seysmoloqlar İndoneziyanın Şimali Sumatra əyalətində 5,8 bal gücündə zəlzələ qeydə alıblar.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri təxminən 228 min nəfər əhalisi olan Bincai şəhərindən 158 km aralıda yerləşib. Mənbə 95 km dərinlikdə yerləşirdi.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Bundan əvvəl Çilidə 5,1 bal gücündə zəlzələ qeydə alınıb.
DOĞRU.AZ