image-2000x150px
image-123
image-ads_atlas
image-img-20240702-wa0030backend

İndoneziyada “ASAN xidmət” modeli əsasında 200-dən çox mərkəz yaradılıb – FOTO

image-728x90px

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti İndoneziya Respublikasının inzibati və bürokratik islahatlar naziri Abdullah Azvar Anasın dəvəti əsasında bu ölkədə səfərdədir.

Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Doğru.az-a verilən məlumata görə, öncə nümayəndə heyəti İndoneziya Respublikasının Vitse-prezidenti Maruf Amin tərəfindən qəbul edilib. Maruf Amin Azərbaycanın “ASAN xidmət” modelindən ilhamlanaraq ölkəsinin dövlət xidmətləri sahəsində əldə etdiyi nailiyyətlərə görə təşəkkürünü bildirib. Vitse-prezident Banyuvangi əyalətində açılmış ilk dövlət xidmətləri mərkəzindən sonra İndoneziyada artıq 200-dən çox bu cür mərkəzin mövcudluğunu və bu sayın 500-ə qədər artacağını bildirib. Həmçinin iqtisadi artım, investisiyalara nail olmaq üçün hər iki ölkənin ortaq maraqlar çərçivəsində cəmiyyət və özəl sektor üçün dövlət xidmətlərinin çatdırılmasını təşviq etdiyi vurğulanıb.

Vitse-prezident dövlət xidmətləri və sosial innovasiyalar sahələrində “ASAN xidmət” tərəfindən gələcəkdə də tətbiq olunacaq yeniliklərin İndoneziya tərəfi ilə bölüşülməsinə marağını ifadə edib.

Səfər çərçivəsində Ülvi Mehdiyevlə İndoneziyanın inzibati və bürokratik islahatlar naziri Abdullah Azvar Anas arasında da ikitərəfli görüş keçirilib. İndoneziyalı nazir hazırda ölkəsində “ASAN xidmət” modeli əsasında yaradılmış 200-dən çox vətəndaşlara xidmət mərkəzinin fəaliyyət göstərdiyini bildirib və dəstəyə görə təşəkkür edib.

Dövlət Agentliyinin sədri bundan sonra da dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycan tərəfinin dəstəyə hazır olduğunu bildirib.

Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İndoneziya Respublikasının İnzibati və Bürokratik İslahatlar Nazirliyi arasında mütərəqqi dövlət xidmətlərinin göstərilməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumunun icrası çərçivəsində Fəaliyyət Planı imzalanıb.

İndoneziya Respublikasının paytaxtında həyata keçirilən “Cakarta Ağıllı Şəhər” layihəsi ilə tanışlıq və şəhər rəhbərliyi tərəfindən təqdimat da baş tutub.

Nümayəndə heyətinin İndoneziyaya səfəri davam edir.

DOĞRU.AZ

image-img-20240702-wa0029 image-img-20240702-wa0031 image-img-20240702-wa0032 image-img-20240702-wa0034 image-img-20240702-wa0033 image-img-20240702-wa0036 image-img-20240702-wa0037image-img-20240702-wa0035

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki