Milli Məclisin plenar iclasında 2024-cü ildə insan alverinə qarşı mübarizə sahəsində görülmüş işlərə dair hesabat müzakirə olunub.
Doğru.az xəbər verir ki, hesabatı Milli Koordinator – daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov təqdim edib. O, insan alverinə qarşı mübarizə istiqamətində həyata keçirilmiş tədbirlər, statistik göstəricilər və qarşıda duran vəzifələrlə bağlı ətraflı məlumat verib.
Deputatlar çıxış edərək məsələ ilə bağlı fikirlərini bildiriblər, təklif və tövsiyələr səsləndiriblər.
Müzakirələrin sonunda Milli Koordinatorun illik məlumatı parlament tərəfindən qəbul olunub.
DOĞRU.AZ