Nüfuzlu insayder Digital Chat Station şirkəti 200 meqapiksel təsvir ölçülü kamera alacaq Honor 90 seriyasının flaqman smartfonlarının xüsusiyyətlərini açıqlayıb.
Bu barədə “Gizmochina” portalı məlumat yayıb.
İnsayderin sözlərinə görə, Honor 90 Pro 90 Vt sürətli şarj alacaq, əsas Honor 90 isə 66 Vt-da şarj edə biləcək.
Həmçinin bildirilir ki, Honor 90 Pro 1,5K təsvir ölçülü displey və 200 MP təsvir ölçülü Samsung ISOCELL HP3 sensorlu əsas kamera alacaq. Digital Chat Station-ın məlumatına görə, smartfon flaqman Snapdragon 8+ çipseti ilə təchiz olunacaq – çox güman ki, 8 Gen 1 deməkdir. Eyni zamanda, digər mənbələr daha müasir Snapdragon 8 Gen 2-ni göstərir.
Honor 90 seriyasının təqdimat tarixi hələ açıqlanmayıb. Bəzi məlumatlara görə, yeni məhsulların premyerası 2023-cü ilin mayında və ya iyunun əvvəlində Çində baş tutacaq.
Mənbə: Lenta.ru
Doğru.az