İyulun 26-da iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Oğuz və Qəbələ rayonlarından olan vətəndaşlarla görüşəcək.
Nazirlikdən Doğru.az-a bildirilib ki, görüş saat 11:00-dan etibarən Oğuz şəhəri, Heydər Əliyev küçəsi 1 ünvanında Oğuz Olimpiya İdman Kompleksinin inzibati binasında keçiriləcək.
Görüşə gəlmək istəyən vətəndaşlar İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə və ya 195-1 Çağrı Mərkəzinə zəng etməklə nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.
DOĞRU.AZ