image-2000x150px
image-123
image-ads_atlas
image-1583770892_ilhamliyevimzabackend

İqtisadiyyat Nazirliyinin üzərinə yeni öhdəlik qoyulub – Prezidentdən FƏRMAN

image-728x90px

Prezident İlham Əliyev “Yerin təkindən istifadə olunmasının, onun mühafizəsi və idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi tədbirləri haqqında” ölkə prezidentinin 16 iyul 2018-ci il tarixli fərmanında dəyişiklik edib.

Bununla bağlı Prezident.az məlumat yayıb.

Dəyişikliyə əsasən, İqtisadiyyat Nazirliyi yerin təkindən istifadə sahəsində fəaliyyət göstərən fiziki və hüquqi şəxslər tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının qarşısının alınmasını təmin etməli, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə Mineral Xammal Bazasının Bərpası üzrə Dövlət Fonduna ayırmaların həyata keçirilməsinə nəzarəti gücləndirməlidir.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki