image-2000x150px
image-123
image-ads_atlas
image-iran99backend

İran 2023-cü ildə 200-dən çox adamı edam edib

image-728x90px

İranda hakimiyyət orqanları 2023-cü ildə 209 nəfəri edam edib.

Reuters xəbər verir ki, bu barədə BMT-nin İnsan Haqları Bürosunun nümayəndəsi Ravina Şamdasani brifinq zamanı bildirib.

Şamdasani Cenevrədə jurnalistlərə verdiyi brifinqdə deyib: “BMT-nin insan haqları üzrə komissarı Volker Türk bu il İranda edamların sayının hədsiz dərəcədə çox olması ilə bağlı narahatlığını ifadə edib.

O qeyd edib ki, İranda hər həftə orta hesabla 10-dan çox adam edam edilib. Məhkumların əksəriyyəti narkotiklə əlaqəli cinayətlərə görə olub.

Doğru.az

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki