ABŞ lideri Donald Trampın Fars körfəzinin adının dəyişdirilərək Ərəbistan körfəzinə verilməsi təklifi beynəlxalq normaların pozulmasıdır.
Bu fikri İranın daxili işlər nazirinin beynəlxalq məsələlər üzrə müavini Nasser Seraj deyib.
“Fars körfəzinin adının təhrif edilməsi və saxtalaşdırılması təxribatdır, insan haqlarının əsas prinsiplərinin, xalqların mədəni hüquqlarının pozulması və iranlıların tarixi şəxsiyyətinə hücumdur”, – ISNA onun sözlərini sitat gətirib.
Bundan əvvəl məlum olmuşdu ki, Google Maps xidmətində Fars körfəzinin adı dəyişdirilərək Ərəbistan körfəzi olub.
Korporasiya həmçinin xəritələrdə Meksika körfəzinin adını Amerika Körfəzi adlandırıb
DOĞRU.AZ