image-n1karobka_ads
image-123
image-6861569d02e8bd4798573b3fbackend

İran hava məkanının bağlanmasını iyunun 30-dək uzadıb

İranın şimalında, qərbində və cənubunda daxili və beynəlxalq uçuşlara qoyulan qadağa iyunun 30-dək qüvvədə qalacaq.

Hava məkanının bağlanmasının uzadılmasını bazar günü, iyunun 29-da İranın yollar və şəhərsalma naziri Məcid Əxvan elan edib.

“Ölkənin şimal, cənub və qərbində daxili və beynəlxalq reyslərin ləğvi sabah saat 14:00-a (Moskva vaxtı ilə 13:30) qədər uzadılıb”, – Mehr agentliyi onun sözlərinə istinadən xəbər verir.

Şənbə günü, iyunun 28-də İslam Respublikasının hakimiyyət orqanlarının hava məkanının bağlanmasını iyunun 29-dək uzaddığı xəbəri yayılıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki