İranın Ali Milli Təhlükəsizlik Şurası İsraillə atəşkəsin qüvvəyə mindiyini təsdiqləyib.
İranın Ali Milli Təhlükəsizlik Şurasının Katibliyinin bəyanatını “Nur News” agentliyi yayıb.
Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahunun ofisi İsrailin ABŞ prezidenti Donald Trampın İranla ikitərəfli atəşkəs təşəbbüsünü qəbul etdiyini açıqlamışdı.
İyunun 24-ü səhər saatlarında Tramp İran və İsrail arasında atəşkəsin qüvvəyə mindiyini elan edib.
DOĞRU.AZ