image-n1karobka_ads
image-123
image-6866dd11ae5ac9030f185103backend

İran öz hava məkanını açır

İran əksər hava limanlarında fəaliyyətini bərpa edib və hava məkanını kommersiya uçuşları üçün açıb.

Doğru.az xəbər verir ki, bu barədə məlumatı İranın mülki aviasiya təşkilatına istinadən “Nour News” yayıb.

Bildirilib ki, Mehrabad və İmam Xomeyni hava limanları, həmçinin ölkənin şimal, şərq, qərb və cənub bölgələrində yerləşən digər hava limanları artıq fəaliyyətini tam bərpa edib və uçuşlara xidmət göstərməyə hazırdır.

Hazırda yalnız İsfahan və Təbriz hava limanlarında məhdudiyyətlər qalır. Digər bütün hava limanlarından həm daxili, həm də beynəlxalq reyslər Moskva vaxtı ilə saat 04:30-dan 17:30-a qədər həyata keçiriləcək.

Xatırladaq ki, bundan əvvəl “Aeroflot” aviaşirkəti İranın hava məkanında tətbiq edilən məhdudiyyətlərlə əlaqədar Tehrana uçuşları ləğv etdiyini açıqlamışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki